Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Ziya Məmmədov səlahiyyətlərindən birini də itirdi – Hökumət qərarı

Ziya Məmmədov səlahiyyətlərindən birini də itirdi – Hökumət qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda dəyişikliklər edilib.
Qərara əsasən, bu bəndlərdə dəişikliklər edilib:
1. 3.2-ci və 4.1-ci bəndlərdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
2. 3.3-cü bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidir” sözləri ilə əvəz edilsin.
3. 5-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər”/trend/.

Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …

Bir cavab yazın