Ana səhifə / İqtisadiyyat / Bu beynəlxalq qurum FETÖ-nü terror təşkilatı elan etdi

Bu beynəlxalq qurum FETÖ-nü terror təşkilatı elan etdi

İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan edib.

Qafqazinfo” “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sosial media hesabında açıqlama yayıb.

Nazir “Həssaslığımızı anlayaraq həmrəylik göstərən və FETÖ-nü terror təşkilatı elan edən İslam Əməkdaşlıq Təşkilatına təşəkkür edirik”,- ifadələrini yazıb. Çavuşoğlu onu da vurğulayıb ki, bu İƏT-in əhəmiyyətli bir addımıdır.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 60-a yaxın dövləti özündə birləşdirir və Azərbaycan da 1991-ci ildən təşkilatın tamhüquqlu üzvüdür.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın