Ana səhifə / Araşdırma / Yeraltı keçidə aşan “Range Rover” yola 8000 manatlıq ziyan vurdu

Yeraltı keçidə aşan “Range Rover” yola 8000 manatlıq ziyan vurdu

Ötən gün gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş verən qəza zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. İlkin hesablamalara görə, dəymiş ziyanın məbləği 8000 manat dəyərləndirilir. ASC-dən verilən məlumata görə, dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyatı üzrə göndərilib.

Gülnar Virtualaz.org

*   *   *12:13

Bakının mərkəzində ağır qəza baş verib.

Sosial şəbəkə istifadəçilərinin verdikləri məlumata görə, hadisə dünən gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş verib.

“Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırdıb. Qəza nəticəsində avtonəqiyyat vasitəsi yeraltı piyada keçidinin içinə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin aşması nəticəsində üç nəfər ciddi xəsarət alıb.

İlkin məlumata görə, yol-nəqliyyat hadisəsinin başvermə səbəbi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın