Ana səhifə / Sosial / Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı – Baş nazirdən yeni qərar

Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı – Baş nazirdən yeni qərar

Baş nazir Artur Rasizadə “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.
Mia.az xəbər verir ki, qəbul edilən dəyişikliyə görə, dəmiryollarına məxsus ərazilərdə reklam materiallarının yerləşdirilməsinə görə icazə vermək səlahiyyəti Nəqliyyat Nazirliyindən alınır. Bundan sonra həmin icazəni vermək səlahiyyəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ixtiyarında olacaq.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın