Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Qurban bayramı ilə bağlı əmr verildi

Qurban bayramı ilə bağlı əmr verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarətinin gücləndirilməsi ilə bağlı əmr imzalayıb.

Qurumun mətbuat rəhbəri Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, əmrə əsasən, respublikanın rayon və şəhərlərində baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda qurbanlıq heyvanların satışı, kəsimi qadağandır.

Əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılır ki, Qurban bayramı ilə əlaqədar heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, eləcə də baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına nəzarəti gücləndirisinlər. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunub.

Onlara, həmçinin rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə baytarlıq şəhadətnaməsinin olmasının müəyyənləşdirilməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.

Virtualaz.org

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın