Çərşənbə , May 1 2024
Ana səhifə / Siyasət / Həbsdəki MTN generalları üzləşdirildi

Həbsdəki MTN generalları üzləşdirildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib.

“Azinforum.az ” xəbər verir ki, bu barədə gununsesi.info-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, üzləşmə MTN-in Anti-terror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb hər iki şəxsin istintaqa bir-birləri əleyhinə verdikləri ifadə olub.

Qeyd edək ki, hər iki general Eldar Mahmudovun mütəşəkkil dəstəsinin əsas simalarından olub.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …

Bir cavab yazın