Ana səhifə / Siyasət / Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq?

Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq?

Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar dopinqlə əlaqədar geri alınacaq.Bu barədə “FloWrestling” məlumat yayıb.

Hələlik adı dopinq qalmaqalında hallanan güləşçilərin kimliyi açıqlanmayıb.
Bundan əlavə Pekin-2008 Olimpiya Oyunlarının qalibi Özbəkistan təmsilçisi Artur Taymazovun qızıl medalı əlindən alınaraq rusiyalı güləşçi Bəxtiyar Əhmədova veriləcək.

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova virtualaz.org-a bildirib ki, 2008 və 2012-ci illərdə keçirilən olimpiya yarışlarında iştirak etmiş Azərbaycan güləşçilərinin müsbət doping testi ilə bağlı heç bir rəsmi bildiriş almayıblar: “Buna görə də hələlik heç bir şərh verə bilmərik”.

Xatırladaq ki, 2008-Pekin olimpiadasında yunan-Roma güləşçiləri Rövşən Bayramov və Vitali Rəhimov gümüş, sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov bürünc medal qazanıblar.

2012-ci ildə Londonda isə Azərbaycan güləşçiləri iki qızıl (sərbəst güləş-Toğrul Əsgərov, Şərif Şərifov), iki gümüş (sərbəst güləş-Mariya Stadnik, klassik növ- Bayramov) və üç bürünc (klassik növ-Emin Əhmədov, sərbəst güləş-Yuliya Ratkeviç və Xetaq Qazyumov) medal qazanıblar.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın