Ana səhifə / Sosial / İcra hakimiyyətinin şöbə müdiri işdən çıxarıldı

İcra hakimiyyətinin şöbə müdiri işdən çıxarıldı

Bərdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb.
“Report” xəbər verir ki, rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Yusifzadə vəzifədən azad edilib. Bununla bağlı rayonun icra başcısı Vidadi İsayev əmr imzalayıb.
Qeyd edək ki, iki ay bundan əvvəl Yusif Yusifzadənin qayınatası Vidadi İmamquluyev rayon icra başçısının iqtisadi məsələlər üzə müavini vəzifəsindən azad edilib.

 

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …

Bir cavab yazın