Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlılar Rusiya həbsxanasında qiyam qaldırdılar

Azərbaycanlılar Rusiya həbsxanasında qiyam qaldırdılar

Xakasiyada 35 saylı koloniyadakı üsyanın təşkilatçılarının və iştirakçılarının əksəriyyəti müsəlman olub.

Virtualaz.org-un məlumatına görə, bu barədə “Xakasiya” agentliyinə yerli hüquq-mühafizə orqanlarının rəhbərləri məlumat veriblər.

Onlar bildiriblər, barrikada quran məhbuslar həqiqətən də pəncərə və qapıları sındırıb, mebel və yataq dəstlərini yararsız hala salıblar.

Etirazçılar “Allahu əkbər!” qışqıraraq onlara telefon verilməsini tələb ediblər. Onlar, həmçinin özləri üçün istədikləri vaxt və istədikləri yerdə siqaret çəkməyə, gəzintiyə şəxsiyyət döş nişanları olmadan çıxmağa, yaxası açıq gəzməyə, eləcə də ibadətlə müəyyən olunmuş vaxtlarda deyil, istədikləri vaxt məşğul olmağa icazə verilməsini tələb ediblər.

Hüquq-mühafizə orqanlarının rəhbərləri bir daha vurğulayıblar ki, həmin şəxslər müsəlmanlar, əsasən də azərbaycanlılar olublar.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın