Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Rusiya təyyarələrinin İncirlik bazasından istifadəsinə “yox” dedi

Türkiyə Rusiya təyyarələrinin İncirlik bazasından istifadəsinə “yox” dedi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İŞİD terror qruplaşmasına qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə hazırdır, amma bu məqsədlə İncirlik hərbi bazasından istifadə olunmasından söhbət getmir.

Xatırladaq ki, bu gün səhər Türkiyə KİV-i Çavuşoğluya istinadən bildirmişdi ki, Rusiya təyyarələri İncirlik hərbi bazasından istifadə edə bilər.

*   *   *10:08

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, onun ölkəsi İncirlik hərbi bazasını Rusiyaya təqdim etməyə hazırdır.

Virtualaz.org bildirir ki, xəbəri TRT telekanalı verib.

Nazirin sözlərinə görə, İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə bu təşkilata qarşı mübarizə aparan hər bir ölkə üçün həmin bazanı istifadəyə verib.

Çavuşoğlu qeyd edib ki, İŞİD hamının düşmənidir və onunla mübarizə birlikdə aparılmalıdır.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …

Bir cavab yazın