Ana səhifə / Siyasət / “Nar” gənclərin daha bir təşəbbüsünə dəstək oldu

“Nar” gənclərin daha bir təşəbbüsünə dəstək oldu

Mobil operatorun dəstəyi ilə AIESEC təşkilatı tərəfndən “Mədəniyyətlər festivalı” keçirildi

“Nar” operatorunun dəstəyi ilə “Mədəniyyətlər festivalı” tədbiri keçirilib.

Mia.az xəbər verir ki, “Global Village AIESEC Azerbaijan” Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən başlayaraq hər il keçirilən bu rəngarəng və maraqlı mədəniyyət festivalında dünyanın 14 ölkəsindən gəlmiş nümayəndələr dostluq abu-havası yaratmaq və öz mədəniyyətlərini təqdim etmək üçün bir yerə toplaşıblar. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti və adət-ənənələrindən zövq alıblar.

Tədbirdə “AIESEC Azerbaijan” tərəfindən dünyanın müxtəlif ölkələrindən Azərbaycana dəvət olunan və “Need of Clean”, “Talk out Loud”, “Beyond the Limits”, “World for Kids” kimi layihələrin iştirakçıları olan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini müxtəlif suvenir, mahnı və rəqs nömrələri ilə təqdim ediblər.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın