Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / İş adamı yeraltı keçiddə qızı bıçaqladı – Qətlin təfərrüatı

İş adamı yeraltı keçiddə qızı bıçaqladı – Qətlin təfərrüatı

İyulun 2-də Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada 55 yaşlı iş adamının 22 yaşlı qızı qısqanclıq zəminində qətlə yetirməsi dəqiqləşib.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Vidadi Qarayev Tərtər rayon sakini olan Gülpəri Aslanlı ilə bir müddət əvvəl tanış olduqlarını və aralarında münasibət yarandığını deyib. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

Bildirilir ki, V.Qarayev 22 yaşlı qızın boğazına bıçaqla vuraraq onu öldürüb. G.Aslanlı Tərtərdə dəfn edilib.

Hadisənin baş verdiyi mağazadan görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın