Ana səhifə / Siyasət / Nizami Piriyevin zavodu işə düşür

Nizami Piriyevin zavodu işə düşür

Oliqarx Nizami Piriyevə məxsus “AzMeCo” şirkətinin metanol zavodunun fəaliyyəti iyun ayının əvvəlində bərpa ediləcək.

Bu məlumatı virtualaz.org saytına “AzMeCo” şirkətindən veriblər.

Xəbərdə deyilir ki, zavodun fəaliyyətinə yenə Nizami Piriyev rəhbərlik edəcək.

Qeyd edək ki, Cənubi Qafqazda metanol istehsalı üzrə yeganə zavod olan “AzMeCo” metanol zavodunun illik istehsal gücü 720 min tondur. Zavodun fəaliyyəti ona əsas xammalın – təbii qaz verilişinin kəsilməsi üzündən bir neçə ay öncə dayandırılıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın