Ana səhifə / İqtisadiyyat / Alparslan Türkeşin oğlu AKP-dən istefa verdi

Alparslan Türkeşin oğlu AKP-dən istefa verdi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkillərindən olan Əhməd Kutalmış Türkeş partiyasından istefa verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, Millətçi Hərəkat Partiyasının keçmiş lideri, mərhum Alparslan Türkeşin oğlu olan Ə.K.Türkeş qərarını partiyasının gələcək siyasəti ilə əlaqələndirib. O, istefa bəyanatında qeyd edib ki, Türkiyə Konstitusiyasındakı “türk” sözünün çıxarılması və ölkənin federasiyalara bölünməsi qərarı ilə razılaşa bilməzdi.

Qeyd edək ki, Ə.K.Türkeşin istefası ilə AKP-nin parlamentdəki millət vəkillərinin sayı 311-ə enib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın