Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Qulu Məhərrəmlinin yerinə təyinat oldu – AMEA-da dəyişiklik

Qulu Məhərrəmlinin yerinə təyinat oldu – AMEA-da dəyişiklik

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə müdir əvəzi təyin edilib.

Dilçilik İnstitutundan bildirilib ki, şöbədə müdir vəzifəsini filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva icra edəcək.

S.Əliyeva indiyədək şöbənin aparıcı elmi işçisi vəzifəsində çalışıb. O, 15 il institutun Gənc Alimlər Şurasının sədri olub. Yaxın vaxtlarda şöbəyə müdir təyinatı ilə bağlı müsabiqə keçiriləcək(Report).

Xatırladaq ki, Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli idi. O, iyunun 6-da öz ərizəsi ilə institutdan ayrılıb.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın