Ana səhifə / Media / ​Binəqədidə yaşayış binasında elektrik sayğacları yanıb

​Binəqədidə yaşayış binasında elektrik sayğacları yanıb

Paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yayılan məlumata görə, yaşayış binasının 6-cı mərtbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 08:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın