Ana səhifə / Media / Qubanı sel apardı: bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi – VİDEO

Qubanı sel apardı: bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi – VİDEO

Şimal bölgəsinə yağan yağışlar Quba rayonunda ciddi fəsadlarla törədib.

ANS TV-nin hazırda Qubanın dağ kəndi Xanəgahda olduğunu deyən müxbiri bildirib ki, dağlardan gələn güclü sel və ərazidə müşahidə olunan intensiv leysan yağışları Cağacuğ çayında suyun səviyyəsinin artmasına səbəb olub.

“Çayda suyun səviyyəsinin artması yolun dağılmasına və bir qədər yuxarıda yerləşən kəndlərin – yuxarı Xanəgah, Zıxır, Girdah kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsinə səbəb olub.

Quba icra başçısının əmri ilə əraziyə texnika göndərildiyi deyilsə də, hələ ki ərazidə heç bir texnika görünmür. Rayon Fövqalədə Hallar Komissiyasından isə selin vurduğu fəsadın tezliklə aradan qaldırılacağı bildirilib”, – deyə, müxbir son məlumatları çatdırıb.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın