Ana səhifə / Siyasət / Şagirdin dərs buraxmasına görə valideynin cərimələnməsi ləğv edildi

Şagirdin dərs buraxmasına görə valideynin cərimələnməsi ləğv edildi

Azərbaycanda şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimə ləğv edilir.

Virtualaz.org-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi ləğv edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə şagirdlərin dərs buraxması ilə bağlı dəyişiklik Milli Məclis tərəfindən dekabrın 4-də qəbul edilmişdi.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın