Ana səhifə / İqtisadiyyat / Ərdoğan borcu olan ölkələri qınadı – Azərbaycan 20 ölkədən biridir ki…

Ərdoğan borcu olan ölkələri qınadı – Azərbaycan 20 ölkədən biridir ki…

İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin bağlanış mərasimində çıxış edən prezident Ərdoğan haqqlarını ödəməyən ölkələri tənqid edib.
Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 20 ölkənin haqqlarını vaxtı vaxtında ödədiyini deyən prezident digər ölkələrin ödəməli olduqları məbləğin 160 milyon dollar olduğunu vurğulayıb: “Bu rəqəmin ödənmədiyi halda nə dərəcədə fəal ola bilərsiniz?”.
Dövlət başçısı ölkə liderlərinin təşkilat üçün ödədikləri ianələrin məbləğini açıqlamasa da, 56 ölkə arasında borcu olmayan 20 ölkənin adını açıqlayıb. O ölkələr Əfqanıstan, Əl-Cəzayir, Azərbaycan, Bəhreyn, İndoneziya, İraq, Qazaxıstan, Küveyt, Malayziya, Mərakeş, Qətər, Tunis, Səudiyyə Ərəbistanı, BƏƏ, Omandır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın