Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / ƏHMƏD ŞAHİDOV “ƏL-CƏZİRƏ” TELEKANALI İLƏ ÖN CƏBHƏDƏ – VİDEO

ƏHMƏD ŞAHİDOV “ƏL-CƏZİRƏ” TELEKANALI İLƏ ÖN CƏBHƏDƏ – VİDEO

Azinforum.az-ın məlumatına görə, aprelin 7-də hüquq müdafiəçisi Əhməd Şahidov cəbhənin Tərtər istiqamətində erməni tərəfinin atəşkəsi pozması nəticəsində dağılmış evlərdə olub. Xarici jurnalistlərlə birlikdə dağılmış evlərdən reportaj hazırlayan ADİHİ rəhbəri beynəlxalq ictimaiyyətin həqiqətləri doğru-dürüst bilməsi üçün ekstremal şəraitdə Əl-Cəzirə telekanalına müsahibə verib: ”Hazırda durduğumuz ərazi erməni tərəfi ilə təmas xəttinə ən yaxın mövqedə yerləşir və qarşı tərəfin atəşkəsi pozması nəticəsində davamlı şəkildə hücuma məruz qalır. Sonuncu dəfə atəşkəsi pozan erməni tərəfinin atdığı raketlə dağılan bu ev düşmənin mülki vətəndaşları hədəfə almasının bariz nümunəsidir”.

Həmçinin oxuyun

Bakının məşhur bazarı sökülə bilər

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən …

Bir cavab yazın