Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Təcili: Putin Qarabağda tərəfləri dərhal atəşi dayandırmağa çağırdı

Təcili: Putin Qarabağda tərəfləri dərhal atəşi dayandırmağa çağırdı

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasında bütün təmas xətti boyu döyüş əməliyyatlarının başlaması haqda xəbərlərdən dərin narahatlıq keçirir.

Virtualaz.org xəbər verir ki, bu bəyanatla Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“Prezident Putin münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağırır”-Peskov bildirib.

Xatırladaq ki, bu gün səhərə yaxın təmas xəttinin eyni vaxtda üç istiqamətind-Ağdam, Tərtər-Ağdərə, Füzuli Xocavənd istiqamətlərində bütün növ silahlardan və hərbi texnikadan istifadə olunmaqla irimiqyaslı döyüş əməliyyatları başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə döyüşlər hazırda davam edir, düşmən hərbi qüvvə və texnika sarıdan ciddi itkilər verməkdədir.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …

Bir cavab yazın