Ana səhifə / Siyasət / Cəlilabadda ağır qəza: 4 yaralı

Cəlilabadda ağır qəza: 4 yaralı

Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 143-cü kilometrliyində, Cəlilabad şəhərinin Müalicə Diaqnostika Mərkəzinin yanındakı ərazidən keçən hissəsində qeydə alınıb.

“Assaman” markalı avtomaşın Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn avtomobilin yoluna çıxıb. Bir-birinə çırpılan hər iki maşın güclü zərbənin təsirindən yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 4 sərnişin Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Oqtay Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın