Ana səhifə / Sosial / Generalın oğlu Səbailə prokuror gətirilir

Generalın oğlu Səbailə prokuror gətirilir

Səbailin yeni prokuroru Natiq Əsədov olacaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Natiq Əsədov bir müddətdir ki, Səbail rayon prokurorunun vəzifələrini icra edirdi.

Yaxın saatlarda Baş Prokuror Zakir Qaralovun bu barədə əmr imzalayacağı gözlənilir.

Qeyd edək ki, Əsədov prokurorun vəzifəsini icra etsə də, bu günə kimi müavin vəzifəsində çalışıb. Bundan öncə isə Baş Prokurorluqda şöbə müdiri olub.

Natiq Əsədov “Qarakənd” faciəsi zamanı həlak olan general Məhəmməd Əsədovun oğludur.

 

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın