Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda polis zəncirvarı qəza törətdi: 3 maşın toqquşdu – VİDEO

Bakıda polis zəncirvarı qəza törətdi: 3 maşın toqquşdu – VİDEO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, rayonun N. Rəfiyev küçəsində Ümid Əzimovun idarə etdiyi 90 SM 582 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə 90 AL 878 dövlət nömrə nişanlı, “Hyundai”  və 90 -UJ -170 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə şahidlərinin dediyinə görə, qəzanın baş verməsinə “Hyundai” markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. “Hyundai” markalı avtomobilin sürücüsü polis serjantı olub.
Faktla bağlı araşdırma aparılır. 
 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın