Ana səhifə / Kriminal / Hökumət aqrar sektora yarım milyarddan çox vəsait ayırıb

Hökumət aqrar sektora yarım milyarddan çox vəsait ayırıb

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 2016-cı il dövlət büdcəsində 684,5 milyon manat vəsait ayrılıb.

Bu bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7% təşkil edir ki, bu da 2015-ci ilə nisbətən 0,9% bənd çoxdur.

Bu barədə məlumat Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi” kitabında öz əksini tapıb.

Nazirlikdən verilən məlumata görə, dövlət ərzaq təhlükəsizliyinin təmin edilməsi və əsas qida məhsulları ilə özünün tam təmin edilməsi üçün büdcədən 186,2 milyon manat ayıracaq:

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi və əsas qida məhsulları ilə özünün tam təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədə 2016-cı ilin dövlət büdcəsində 186,2 milyon manat proqnozlaşdırılıb”.

Bundan başqa, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsi üzrə maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulub.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın