Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / İcra başçısının bacısı qəzaya düşdü – Bakıya vertolyotla gətirildi

İcra başçısının bacısı qəzaya düşdü – Bakıya vertolyotla gətirildi

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib.

İcra başçısının bacısı Kamilə Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

“Toyota” markalı avtomobillə qəzaya düşən maşında K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub.

Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən icra başçısının bacısının vəziyyəti çox kritik qiymətləndirilir.

Hazırda icra başçısı və ailə üzvləri xəstəxanadadırlar.(aznews.az)

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın