Ana səhifə / Siyasət / DİN Qəbələdən olan 25 nəfərin ermənilər tərəfə keçmək istədiyini TƏSDİQLƏDİ

DİN Qəbələdən olan 25 nəfərin ermənilər tərəfə keçmək istədiyini TƏSDİQLƏDİ

Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov qrup Qəbələ sakininin Ermənistana keçmək istəklərini təkzib etsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytına faktı təsdiqləyib.

“Fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər. Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb:

“Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıblar. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın