Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Şou Biznes / “Beynəlxalq Bank işi” ilə bağlı yeni xəbər…

“Beynəlxalq Bank işi” ilə bağlı yeni xəbər…

Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Moderator.az xəbər verir ki, bu barədə report-a E.Cavadın vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkilin sözlərinə görə, iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ildə saxlanılıb. O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Həmçinin oxuyun

Xumar Qədimova: “Məndə hər şey təbiidir”

“Süni necə ola bilər ki?! Məndə hər şey təbiidir. Hamısı özümündür. Təbii, Xumar Qədimova dayanıb. Heç …

Bir cavab yazın