Çərşənbə , May 1 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı diaspor rəhbəri rüşvət üstündə tutuldu

Azərbaycanlı diaspor rəhbəri rüşvət üstündə tutuldu

Rusiyada azərbaycanlı diaspor rəhbəri rüşvət vermək üstündə saxlanılıb.
Bu barədə Volqoqradın “Vısota 102” informasiya agentliyi məlumat yayıb. Məlumatda 52 yaşlı azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad vilayəti üzrə regional bölməsinin rəhbəri Teymur Həsənovun məhkəmə icraçılarına rüşvət vediyi vaxt Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Nataliya Kunitskaya bildirib ki, ticarət pavilyonlarının sahibi olan azərbaycanlı iş adamı məhkəmə icraçılarına qanunsuz mükafat kimi 160 min rubl məbləğ təklif edib. Onun sözlərinə görə, həmin məbləğ hissə-hissə verilib: “Sonuncu hissə verilən zaman azərbaycanlı iş adamı və onunla birlikdə vasitəçi də saxlanılıblar. Hazırda həmin şəxslər barəsində ev dustağı tədbirinin seçilməsi məsələsinə baxılır. Hər iki şəxs ilkin ifadələrində günahlarını boyunlarına alıblar.

Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad vilayəti üzrə regional bölməsindən APA-ya Teymur Həsənovun saxlanılması ilə bağlı faktı təsdiqləyiblər. Adının çəkilməsini istəməyən diaspor üzvü hüquq-mühafizə orqanları əməkdaşlarının iş adamı Teymur Həsənovun evində və ofisində axtarış apardığını da söyləyib. Onun sözlərinə görə, hazırda Teymur Həsənovun telefonuna da zəng çatmır.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın