Ana səhifə / Şou Biznes / Lerikdə işçiləri etiraza aksiyasına kim sövq edir?  – VİDEO

Lerikdə işçiləri etiraza aksiyasına kim sövq edir?  – VİDEO

“Bizim pulumuz tezliklə ödənməsə, səsimizi çatdırmaq üçün Lerik icra hakimiyyətinin qarşısına gedəcəyik”. Bu sözləri Vüqar İbrahimov söyləyib. 

Bolgexeber.com-a danışan şikayətçi deyir ki, o və 50-ə yaxın işçi ötən il Lerik rayonunda Boykəndil kəndində məktəb tikintisində çalışıblar. Zəhmətlərinin haqqını isə ala bilməyiblər. Vüqar İbrahimovun sözlərinə görə, onlar 30 min manata qədər pul almalıdılar. Lakin nə pulu ödəyən var, nə də onların səsinə səs verən.

Dərd orasındandır ki, “pul veriləcək”sözünü dilə gətirən də yoxdur. Fəhlələr isə hər dəfə “pul” deyəndə onları ya Lerik rayon icra hakimiyyətinə, ya da tikinti şirkətinə yönəldirlər. Beləcə, 1ildi 50-ə yaxın işçi öz pulunu ala bilmir.

Vüqar İbrahimov deyir ki, bu dəfə də onların şikayəti eşidilməsə fəhlələr sözlərini çatdırmaq üçün Lerik icra hakimiyyətinin qarşısına yığışacaqlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın