Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / SƏXAVƏT ƏLİSOY: “OSMAN KAZIMOV QAŞINIRSA…”

SƏXAVƏT ƏLİSOY: “OSMAN KAZIMOV QAŞINIRSA…”

Azərbaycan Demokratiya və Rifah təşkilatının rəhbərliyində təmsil olunan bir qrup şəxsin Müsavat Partiyasına qarşı iddiası əsasında keçirilən məhkəmə prosesi fevralın 15-də başa çatıb. Bu haqda “Basta”ya prosesdə partiyanın mövqeyini müdafiə edən Müsavat başqanının müavini vəkil Osman Kazımov məlumat verib. Binəqədi Rayon Məhkəməsi iddianın əsassız olduğunu bildirərək təmin etməyib.

Prosesdə çıxış edən Əlövsət Sadıxlı Müsavatın qurultayına nümayəndələrin seçilməsi mərhələsində pozuntuların olduğunu iddia edib. Məhkəmənin gedişatında o da ortaya çıxıb ki, iddiaçılardan biri olan Zakir Hüseynov “Şərq” qəzetinə müsahibə verərək, məhkəməyə iddia müddətinin 1 ay olduğunu bildirib. Amma sözügedən iddia qurultay başa çatdıqdan 1 il 2 aydan sonra verilib.

Osman Kazımov bildirib ki, hakimin əvvəlki iclaslardakı təkidlərinə baxmayaraq, iddiaçı tərəf Müsavatın 8-ci qurultayında hər hansı saxtakarlıq olması barədə sübut təqdim edə bilməyib: “Mən öz çıxışımda bu iddianın əsassız olduğunu, üstəlik şikayətin verilmə vaxtının gecikdirildiyini bildirdim. Musavatın qurultayı cəmiyyətin, jurnalistlərin gözü qarşısında keçirilib. Nə subut təqdim edə bilərdilər ki?! Onlar qurultayda Azərbaycan tarixinin ən şəffaf seçkisində uduzmuşdular, məhkəmədə də uduzdular”.

Qeyd edək ki, Qubad İbadoğlu yeni təşkilat təsis edərkən, bu təşkilatının Müsavata qarşı yaradılmadığını bəyan etmişdi.

 

sexavet

Azərbaycan Demokratiya və Rifah təşkilatının rəhbərliyində təmsil olunan, Müsavat Partiyası başqanının sabiq müşaviri Səxavət Əlisoy Azinforum.az-a açıqlamasında Osman Kazımovun fikirlərinə münasibət bildirib:

“Əslində, o zatın dediklərinə münasibət bildirmək mənim vaxtımı alır, ancaq  Osman Kazımovun qaşınması varsa, ona həkim kimi çarə göstərmək mənim mükəlləf borcumdur. Adam bildiyim qədər vəkildir (məhkəmənin və ya müttəhimin, qoy bunu başı çəkənlər desin- S.Ə.) Zat ADR hərəkatını hər zaman hakimiyyətə işləməkdə suçlayıb. Nə oldu? ADR hakimiyyətlə olsaydı, məhkəmə  belə qərar çıxarardı? Yaşı 40-dan yuxarı olanlar, mütləq ildə iki dəfə həkim yoxlamasından keçməlidir. Görünən odur ki, adamın başı belə şeyləri dərk etmir”.

Azinforum.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın