Ana səhifə / İqtisadiyyat / QRU-ya yeni rəis təyin olundu

QRU-ya yeni rəis təyin olundu

General-leytenant İqor Korobov Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Virtualaz.org bildirir ki, “İnterfaks” bu barədə hadisələrin içərisində olan mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq əmr imzalayıb. Müdafiə naziri Sergey Şoyqu isə İ.Korobova QRU-nun çəxsi ştandartını təqdim edib.

O da vurğulanıb ki, yeni rəis artıq Baş Hərbi Kəşfiyyatın general və zabitlərinə təqdim olunub.

Yeri gəlmişkən, İ.Korobov indiyədək QRU rəisinin müavini vəzifəsini tuturdu.

Onu da xatırladaq ki, QRU-nun əvvəlki rəisi, general-polkovnik İqor Serqun bu il yanvarın 3-də qəflətən dünyasını dəyişmişdi.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın