Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / Məktəbdə növbəti zorakılıq faktı: müəllimə şagirdi döydü

Məktəbdə növbəti zorakılıq faktı: müəllimə şagirdi döydü

Qadın müəllimə azyaşlı şagirdin başından vurub və təhqir edib.

Azərbaycanda müəllim zorakılığını əks etdirən daha bir video yayılıb. Bu dəfə döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınıb.

Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını tələb edir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkib. Həmin videonu sizə təqdim edirik:

Məsələ ilə bağlı Xırdalan qəsəbəsində yerləşən 9 nömrəli məktəblə əlaqə saxladıq. Adını açıqlamayan direktor müavini hadisədən xəbərdar olduqlarını bildirdi: “Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsident dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək onu vurub. Sinifdə cəmi 6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub”, – deyə məktəbdən vurğuladılar.

“Kimin uşağı olmağından asılı olmayaraq, balaca bir uşağı vurmağa müəlliməyə kim ixtiyar verir”, – sualından boyun qaçıran və müəllimənin adını demək istəməyən direktor müavini telefonu üzümüzə qapamaqla kifayətləndi.

9 nömrəli məktəbdə baş verən bu hadisə ilə bağlı Təhsil Nazirliyi də maraqlanır. Nazirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.(ANS PRESS)

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın