Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Ötən ay yaradılan 300 minlik şirkət ləğv olunur

Ötən ay yaradılan 300 minlik şirkət ləğv olunur

“Novocapital investisiya şirkəti” QSC (VÖEN – 1008138201) ləğv olunduğunu elan edib.
Ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini tələblərini Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov 15 küçəsi, ev A, mənzil 1 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, ləğv olunduğunu elan edən şirkət ötən ay, 11.05.2023 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan QSC-nin qanuni təmsilçisi Əzizov Həmdulla Natiq oğludur.
Sözügedən şirkət Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb. Beləki, AMB tərəfindən lisenziya alan şirkətlərin siyahısında “Novocapital investisiya şirkəti” QSC-nin adı yoxdur.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …