Ana səhifə / Bölgələr / Güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib

Güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib

Aprelin 30-da axşam saatlarında yağan güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib.
Suları nəticəsində rayonun Dəmirçilər, Ağkənd və Həsənqaya kəndlərində evlərə, fərdi təsərrüfatlara, taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəyib.

Bundan başqa rayonun İsmayılbəyli, Qarağacı, Yuxarı Qapanlı, Qaynaq kəndlərinə dolu yağıb. Nəticədə meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən gecə saatlarından təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hazırda bu sahədə tədbirlər davam etdirilir.




Həmçinin oxuyun

İşğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb?

Bu ilin ilk rübü ərzində işğaldan azad olunan rayonlarda 292 yeni iş yeri açılıb.Yeniavaz.com açıqlanan rəsmi …