Ana səhifə / İdman / “Real”ın futbolçusu matçdan sonra rəqib oyunçu ilə dalaşdı

“Real”ın futbolçusu matçdan sonra rəqib oyunçu ilə dalaşdı

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde “Vilyarreal”ın yarımmüdafiəçisi Aleks Baenanı vurub.

Hadisə dünən gecə – İspaniya çempionatının “Real” – Vilyarreal” matçından (2:3) sonra baş verib. “Marca” nəşrinin yazdığına görə, Valverde qonaq komandanın avtobusunun dayandığı yerdə Baenanı gözləyib. “Real”ın futbolçusu ispaniyalının üzünə zərbə endirib. Bu hücum “Real” üzərində qələbəni qeyd edən “Villarreal” oyunçularını təəccübləndirib.

Hadisənin səbəblərinə gəlincə, “Marca” yazır ki, onların münaqişəsi İspaniya kubokunun yanvardakı matçından davam edir. Həmin görüş zamanı Baena Valverdeni vuraraq “İndi ağla ki, oğlun doğulmayacaq” sözlərini işlədib. Qeyd olunur ki, dünənki oyunda da Baena yenidən Valverde haqda nəsə deyib.

Məlumata görə, Baena ona hücumla bağlı polisə şikayət etmək barədə düşünür. “Vilyarreal”da bu qalmaqalın videosunun olduğu bildirilir.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …