Ana səhifə / Kriminal / Keçmiş şöbə müdiri məhkəmə qarşısında

Keçmiş şöbə müdiri məhkəmə qarşısında

Lənkəran Şəhər İcra Hakimiyyətnin memarlıq və tikinti şğbəsinin keçmiş müdiri, şəhərin baş memarı olmuş Elgün Abdullayevin məhkəməsi başlayır. 
Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Rüşvət alma – külli miqdarda törədildikdə) ilə ittiham olunan keçmiş şöbə müdirinin cinayət işi üzrə 31 mart tarixinə məhkəmə hazırlıq iclası təyin edilib. 

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Elxan Süleymanovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Elgün Abdullayev ötən ilin oktyabrın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. Onunla birgə qurumun 4 əməkdaşının da saxlanıldığı bildirilirdi. 

Həmçinin oxuyun

Abşeronda dəhşətli hadisə: Yaralanan qazinin qohumu hər şeyi danışdı – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, “Bağçalı” yaşayış …