Ana səhifə / İqtisadiyyat / Erməni memar Məkkədə İslam muzeyi tikəcək

Erməni memar Məkkədə İslam muzeyi tikəcək

Erməni əsilli fransız memar, Britaniya Kral Memarlıq İnstitutunun üzvü Mişel Mosessyanın rəhbərlik etdiyi “Mossessian Architecture” memarlıq şirkəti Səudiyyə Ərəbistanının Məkkə şəhərində İslam dünyasının əsas muzeyinin tikintisi ilə bağlı müsabiqədə qalib gəlib.

Bu barədə azvision.az xarici KİV-ə istinadən xəbər verir.

Londonda yaşayan memarın sahib olduğu şirkət Məkkədə `İnam muzeyi` adlı kompleksin müəllifi olacaq. Bu muzeyin tikintisini bütün müsəlman dünyası səbirsizliklə gözləyir. Muzey Məkkədən 7 kilometr aralıda tikiləcək və İslamın yaranmasını simvolizə edəcək. `İnam muzeyi` 5600 kilometrlik ərazini əhatə edəcək. Muzeydə virtual məscid, audio-video zallar, 3D film nümayişi, həmçinin muzeyin damında bağlar olacaq.

Məlumatda qeyd olunur ki, muzeyin əsas binasının tikilməsi üçün daşlar bütün müsəlman ölkələrindən gətiriləcək.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın