Cümə axşamı , May 9 2024
Ana səhifə / Siyasət / Zülfüqarov: “Ağdərə-Kəlbəcər yolunda da keçid məntəqəsi yaradılsın“

Zülfüqarov: “Ağdərə-Kəlbəcər yolunda da keçid məntəqəsi yaradılsın“

“Beynəlxalq məhkəmənin Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı qərarları BMT Nizamnaməsinə zidd hüquqi presedent yaradır”.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, “Facebook” səhifəsində yazıb: “Dinləmələrin nəticəsi olaraq qeyd etmək olar ki, Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasındakı dinləmələrdə istədikləri sənədi almayaraq, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə məcburi qərar çıxarmağa çalışırlar”.

Tofiq Zülfüqarov əlavə edib: “Ehtimal etmək olar ki, belə bir presedent BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin “veto” hüququndan istifadə etməsindən mümkün “yan keçmə” üçün şərait yaradır”.

Sonda eks-nazir qeyd edib: “Niyə də Ağdərə-Kəlbəcər yolunda sülhməramlılar olmadan sərhədçilərimiz nəzarət-buraxılış məntəqəsi yaratmasın”. 

Həmçinin oxuyun

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər …