Ana səhifə / Sosial / Xırdalanda və Masazırdakı binalar zəlzələyə davamlıdırmı?

Xırdalanda və Masazırdakı binalar zəlzələyə davamlıdırmı?

Türkiyədə baş verən zəlzələ nəticəsində yeni çoxmərtəbəli binaların çökməsi ilə bağlı narahatlıq Bakıda hələ də davam edir. Təkcə Bakının mərkəzində deyil, Bakıətrafı ərazilərdə tikilən binalarla da bağlı narazılıqlar var. Yayılan məlumatlara görə, Masazır, Xırdalan və Bakı ətrafındakı ərazilərdə yeni tikilən, xüsusən dörd-beş mərtəbəli binaların əksəriyyəti ekspertizadan keçməyib, zəlzələyə davamlı deyil.

Pravda.az məsələni araşdırmaq üçün “Masazır City Residence” və “AAAF İnşaat” MMC ilə əlaqə saxlayıb.

“Masazır City Residence”in rəsmisi İlkin Musayev binaların zəlzələyə dayanıqlılığını əminliklə vurğulayıb: “Bizdə 9 ballıq gücündə zəlzələyə dayanıqlı olan evlərdir. Bu məsələyə həmişə ciddi fikir veririk. Türkiyədə zəlzələ baş verməmişdən öncə də qaydalara məsuliyyətlə yanaşmışıq. Gəlib, araşdıra bilərsiniz. Altı, səkkiz, on mərtəbəli binalarımız da var. Biz də tikintini Fövqəladə Hallar Nazirliyinin nəzarəti ilə həyata keçiririk…”

“AAAF İnşaat” MMC-nin nümayəndəsi isə açıqlama verməkdən yayınıb.

Gün ərzində saytımızla əlaqə saxlayacaqlarını desələr də, bir həftə keçməsinə baxmayaraq, əlaqə saxlanılmayıb.

Həmçinin oxuyun

Sumqayıtda çirkab suları evlərə dolur – Video

Sumqayıtın “Yaşıl dərə” yaşayış massivinin sakinləri ərazidəki bir neçə problemdən şikayətçidirlər. Onlar bildiriblər ki, burada tullantılar üçün …