Ana səhifə / Şou Biznes / Ayaqları tutulan “Toppuş bacı”: “Maddi yardıma ehtiyacım var”

Ayaqları tutulan “Toppuş bacı”: “Maddi yardıma ehtiyacım var”

“Səhhətim və maddi vəziyyətim çox ağırdır”. 

Bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb: 

“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram”. 

Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: “Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə yardım etmir”.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …