Ana səhifə / Şou Biznes / “İlhamə ərimin yasına gələnləri evimdən qovmuşdu”

“İlhamə ərimin yasına gələnləri evimdən qovmuşdu”

“İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Allah ona rəhmət eləsin deyə bilmirəm. Yaradan onu verdiyi xasiyyətlə qarğışlayıb”.

Bu sözləri Xalq artisti Flora Kərimova “Astar” yutub layihəsində deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanı heç vaxt bağışlamayacağını bildirib:

“Ölüm heç vaxt heç bir hesabı bağlamır. Ölüm heç kimə bəraət qazandırmır. Ömürboyu səhv etmək olar? İlhamənin səhvi elə mənə qalmışdı? Bir insan ki, ərimin yasına baş sağlığına gəlib və deyə ki, sən məndən yaxşı oxumursan. Buna nə deyəsən? İlhamə içəri girib, yasıma gələnləri qışqıraraq qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm.

Qızım qaça-qaça üstümə gəldi, “Anacan, İlhaməni dayandır!” deyirdi. Qızım danışa da bilmirdi. Onda səkkiz yaşı vardı, niyə ürəyini paralayırdın? Sənə ayıb deyil? Gəlib gördüm ki, İlhamənin səsi bürüyüb evi”./Axsam.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …