Ana səhifə / Sosial / Bayramdan sonra qiymətlər ucuzlaşacaq? – Video

Bayramdan sonra qiymətlər ucuzlaşacaq? – Video

Bakıdakı bazarlarda dünənlə müqayisədə Yeni ilin ilk günü durğunluq yaşanır.

Ötən günə nisbətən qiymətlərdə dəyişiklik demək olar ki, yoxdur. 

1 kiloqram hindquşu ətinin qiyməti 14-19 manata təklif olunur.

Bayram günlərində qaz ətinə də tələbat çox olur. Satıcılar bayramdan sonra qiymətin cüzi enəcəyini proqnozlaşdırırlar.

Meyvə-tərəvəz bazarında da bənzər vəziyyət yaşanır.

Satıcılar bu gün yaşanan durğunluğu insanların bölgələrdə istirahətdə olması ilə əlaqələndiriblər.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …