Ana səhifə / Kriminal / Bakıda tanınmış banka qarşı dələduzluq edildi

Bakıda tanınmış banka qarşı dələduzluq edildi

Bakıda tanınmış banka qarşı dələduzluq edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ağayev Samir İlqar oğlu “Ziraat Bank Azərbaycan” ASC-nin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra Samir Ağayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2 – ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: “Ziraat Bank Azərbaycan” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0,01 %-i “Zıraat Sıgorta” şirkətinə, 0,01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …