Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / “Paşa Sığorta” Azərbaycanın süni peykini yarım milyona sığortaladı

“Paşa Sığorta” Azərbaycanın süni peykini yarım milyona sığortaladı

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Tenderin nəticəsinə əsasən “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (2023-cü il) “Azersky” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək. Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 517 min 900 manat ödəyəcək. “Azersky” peykinin dəyəri 24,3 milyon avro (43,7 milyon manat) bərabərdir.
Məlumat üçün bildirək ki, “Azersky” peyki Azərbaycana məxsus 3 peykdən biridir. Hazırda Azərbaycanın 2 rabitə peyki (“Azerspace-1” və “Azerspace-2”) və 1 müşahidə peyki (“Azersky”) var.

Qeyd edək ki, “Azersky” Azərbaycanın ilk yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peykidir. Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb. 
Onu da bildirək ki, “Azersky”ı sığortalayan “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …