Ana səhifə / Sosial / Saxta diplomlu müəllimlərin aqibəti necə olacaq? – Nazir AÇIQLADI

Saxta diplomlu müəllimlərin aqibəti necə olacaq? – Nazir AÇIQLADI

Ölkədə əvvəllər külli miqdarda saxta diplomlar verilib. 

Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir saxta diplomlarla bağlı məhkəmə işlərinin olduğunu diqqətə çatdırıb.

“Bununla bağlı məhkəmə işləri var, faktlar var. Amma biz yenə də həmin müəllimlərin biliklərini yoxlayırıq ki, əgər biliyi varsa, davam etsin. Bu da əlavə şansıdır”, – nazir vurğulayıb.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …