Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Laçın dəhlizini Paşinyan üçün paza çevirmək lazımdır

Laçın dəhlizini Paşinyan üçün paza çevirmək lazımdır

“Maraqlıdır: İrəvandakı məmurlar mətbuatda və rəsmi çıxışlarında “Qarabağ” (bəzən “Dağlıq” təyinini də unudurlar), Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qondarmalar isə “Arsax” toponimini işlədirlər. Belə düşünmək olar ki, Vardanyanın “Arsaxı” ilə Paşinyanın  “Qarabağ”ının yolları ayrılır? Əlbəttə, bizim üçün ikisi də eyni bostanın meyvəsidirlər. Amma  müəyyən fikir ixtilaflarının olduğunu sezməmək mümkün deyil”. 

Bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev özünün şəxsi facebook səhifəsində yazıb. Keçmiş XİN başçısı daha sonra əlavə edib:

“Hər halda özünüqoruma instinkti Paşinyana 1998-ci ilin təkrar oluna biləcəyini və Ermənistanın yeni “çarının” da Köçəryan kimi Qarabağdan gətirilmə ehtimalının olduğunu pıçıldayır. Laçın dəhlizini onların arasına girən və bir-biri ilə didişməyə məcbur edən paza çevirmək lazımdır”. 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …