Ana səhifə / Siyasət / “Tərtər işi” üzrə bir sıra şəxslərin azadlığa buraxılması müsbət haldır” – Aİ səfiri

“Tərtər işi” üzrə bir sıra şəxslərin azadlığa buraxılması müsbət haldır” – Aİ səfiri

Bu gün “Tərtər işi” üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko “Twitter“ səhifəsində qeyd edib.
Onun sözlərinə görə, bu iş üzrə yeni istintaq işgəncə və cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər.

Xatırladaq ki, bu gün Baş Prokurorluq “Tərtər işi” üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunan 19 nəfərin azadlığa buraxılması barədə məlumat yayıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …