Ana səhifə / Siyasət / “Azərbaycanla Ermənistan arasında münasibətlərə dair Rusiyadan səy görməmişik”

“Azərbaycanla Ermənistan arasında münasibətlərə dair Rusiyadan səy görməmişik”

ABŞ istənilən ölkənin İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini alqışlayacaq.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqində deyib.

“Əgər hər hansı ölkə Ermənistan və Azərbaycanla bağlı məsələdə bizimlə işləmək və məsələnin sülh yolu ilə həllinə kömək etmək istəsə, biz bunu sadəcə, alqışlayarıq. Amma biz bu istiqamətdə Rusiyadan heç bir səy görməmişik”, – deyə Vedan Patel bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qərbin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışdığını bəyan edib.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …