Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / “Kölgə iqtisadiyyatı”nın faizi ​deyiləndən dəfələrlə çoxdur – Ekspert

“Kölgə iqtisadiyyatı”nın faizi ​deyiləndən dəfələrlə çoxdur – Ekspert

“Kölgə iqtisadiyyatı” həm də qeyri-rəsmi iqtisadiyyat adlandırılır. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsidir. “Kölgə iqtisadiyyatı” dövlət nəzarətindən və uçotundan kənarda qalır. Bu gün paytaxtda, əsasən də regionlarda ictima və iaşə obyektlərinin bir çoxunda kassa aparatlarının olmamaması, qeydiyyatsız iş yerlərinin sayının çox olması kimi​ hallar var. Bu, danılmazdır. Bütün bunlar da onu göstərir ki, bizdə kölgə iqtisadiyyatının faizi hələ də yüksək olaraq qalır”.

Bunu Bakupost.az –a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
İqtisadçı bildirib ki, “kölgə iqtisadiyyatı” dövləti daxildən zəiflədir və məhvə aparır: “Azərbaycanda “kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində irəliləyiş var. Ancaq buna baxmayaraq, Azərbaycanda “kölgə iqtisadiyyatı”nın faizi ​göstərildiyindən dəfələrlə çoxdur. “Kölgə iqtisadiyyatı” ilə mübarizə üçün hər kəsin anladığı dildə yeni, sadələşdirilmiş vergi sənədi hazırlanmalıdır”.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …